user

Qarabağ Dirçəliş Fondu / Karabakh Revival Fund

Fundraising

Overview

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Fondun Nizamnaməsini, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur. Fond öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş Nizamnaməyə əsasən, Fond ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Fondun vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır. Prezidentin Fərmanına əsasən, Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirir. Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının İqdisadiyyət naziri Mikayıl Cabbarovdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 fevral 2021-ci il tarixli sərəncamına əsasən Rəhman Tofiq oğlu Hacıyev Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri təyin edilib. Fondun təsisçisinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.