user

EL METAL PLUS

Fabricated Metal Products

View the employees at

EL METAL PLUS

Overview

Keyfiyyətli dəmir materialları üçün “EL METAL PLUS” QSC var. “EL METAL PLUS” Qapalı Səhmdar Cəmiyyət polad istehsalı zavodu “EL Holdinq” şirkətlər qrupuna daxildir. “EL METAL PLUS” QSC polad istehsalı zavodu 2016-ci ildən fəaliyyət göstərir. Zavodda metal qırıntılarından polad istehsal edilərək yarımfabrikatlar (pəstahlar) və tikinti armaturu istehsal olunur. “EL METAL PLUS” QSC Türkiyə, Gürcüstan, Ukrayna, İtaliya, Rusiya, Latviya, Litva, Estoniya və bir sıra Avropa ölkələrindən olan şirkətlərlə sıx əməkdaşlıq edir. Bir sıra aparıcı yerli şirkətlər zavodun daimi müştərilərindəndir. Şirkətin əsas məhsulu DÜİST 34028-2016 standartına uyğun A500сmarkalı Armatur və EN 10080-2005 standartına uyğun B500сmarkalı Armatur istehsalıdır. Armaturun ölçüləri - = F10, 12, 14, 16, 18, 20, 22, 25, 28 və 32 mm, L=12m. “EL METAL PLUS” QSC-də polad əritmə sexində Türkiyənin “5M” şirkətinə məxsus 15 tonluq induksion ocaqları, fasiləsiz pəstah tökmə sahəsində Türkiyənin “AS Metal Makina” şirkətinin ikiyollu CCM avadanlığı, çeşidli inşaat armaturu yayma sahəsində isə Türkiyənin “Ekoterm” şirkətinə məxsus avadanlıqlar quraşdırılmışdır. 📞(+994 51) 232-44-39 📧info@elmetalplus.az 📍Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi

  • Poçt AZ1080 filial 5 şöbə 80 \ Qobustan

    Poçt AZ1080 filial 5 şöbə 80 \ Qobustan, Axundov küç., Massiv 3 \ Qobustan, Ghobustan, Karadag Raion, 1080, Azerbaijan

    Get Direction