user

City Taxi Baku

Truck Transportation

View the employees at

City Taxi Baku

Overview

CityTaxi *8844 müasir avtomatlaşdırılmış taksi-dispetçer xidmətidir. CityTaxi *8844 taksi xidməti sizin vaxtınıza, rahatlığınıza və təhlükəsizliyinizə önəm verir. CityTaxi *8844 taksi xidmətindən istifadə etmək sizə nə qazandırır? - Peşəkar komandamız və yüksək səviyyəli naviqasiya sistemimiz taksilərimizin sizi ən qısa zamanda olduğunuz yerdən götürərək, ən optimal marşrutla lazımi ünvana dəqiq vaxtında yetişdirməsini təmin edir. - Müştərilərin rahatlığı üçün avtomobil seçiminə və sürücü davranışına çox ciddi yanaşılır. Vaxtınızı səmərəli keçirə bilməniz üçün taksilərimizdə ödənişsiz WiFi xidməti də mövcuddur. - Sizin təhlükəsizliyinizi təmin etmək üçün sürücülərimiz xüsusi meyarlara uyğun seçilir, əməkdaşlarımız üçün vaxtaşırı təlimlər təşkil edilir, avtomobillər isə vaxtaşırı texniki baxışdan keçirilir. Taksi sifariş etdiyiniz zaman sürücü və avtomobil barəsində ətraflı məlumat alırsınız. - CityTaxi sifariş etmək çox asan və rahatdır. CityTaxi mobil aplikasiyası, citytaxi.az saytı vasitəsi ilə və *8844 Çağrı Mərkəzinə zəng etməklə 7/24 keyfiyyətli və sərfəli taksi xidmətindən istifadə edə bilərsiniz. Hər 3 üsul ilə gediş haqqını taksi sifariş etməmiş öyrənə bilirsiniz. - CityTaxi *8844 yüksək keyfiyyətinə baxmayaraq müştərilərinə sərfəli qiymətlərlə xidmət edir. - CityTaxi *8844 həm də qazandıran taksi xidmətidir. Müştərilərimiz hər sifarişdə bonuslar qazanır və pulsuz taksi sifaiş edə bilirlər. Mobil aplikasiyanın özəllikləri: - Sadəcə bir düymə ilə taksi sifariş edə bilərsiniz - Taksini xəritədə izləyə, bonuslarınız və taksidən istifadə tarixçəniz barədə məlumat ala bilərsiniz. - Mobil aplikasiya həm də taksi sifarişi üçün müxtəlif meyarlar və əlavə opsiyalardan istifadə imkanı verir. - Gediş haqqını müxtəlif üsullarla – nəğd şəkildə, debet və ya kredit bank kartları ilə ödəyə bilərsiniz. - Aplikasiyada sizə göstərilən taksi xidmətinin səviyyəsini qiymətləndirmək imkanı var. Bu, sizə göstərdiyimiz xidmət səviyyəsini yüksəltməyə imkan verir.