user

Arka Inşaat MMC

Construction
img No Team Available

Overview

“Arka İnşaat” MMC müxtəlif memarlıq və inşaat layihələrində əldə etdiyi təcrübənin nəticəsi olaraq, 2002-ci ildən korporativ fəaliyyətə başlamışdır. Şirkət Bakı şəhərində fəaliyyət göstərir. Yarandığı gündən yüksək keyfiyyəti, davamlı inkişafı və peşəkarlığı əlində rəhbər tutan şirkətimiz, fəaliyyət göstərdiyi illər ərzində Respublikamızda bir çox layihələr həyata keçirmişdir. Hal-hazırda “Arka İnşaat” MMC hər cür layihə, təmir, tikinti və dizayn işlərinin öhdəsindən yüksək səviyyədə gəlir. Bu da “Arka İnşaat” MMC yüksək ixtisaslı, uzun illərin təcrübəsinə dayanan bacarıqlı mütəxəsislərdən təşkil olunan heyət vasitəsi ilə reallaşdırmasının göstəricisidir. “Arka İnşaat” MMC fəaliyyət göstərdiyi sahələrdə rəqabət üstünlüyü verən əsas amil, onun sahib olduğu özünəməxsus və təkrar olunmaz yeniliyi ilə seçilən memarlıq uslubudur. Şirkət layihələrində milli ornamentlərlə modern memarlıq sənətinin bütün incəliklərini özündə cəmləşdirən üslubu ilə istehlakçı istək və arzularını birləşdirir.Professionallığımız həmişə öndə olmağımıza, sifarişçilərimizə mükəmməl xidmət göstərməyimizə və onların bütün istəklərini yerinə yetirməyimizə şərait yaratmışdır. “Arka İnşaat” MMC tikinti və təmir şirkəti Azərbaycanımızın bütün bölgələrində, rayonlarında, şəhərlərində villa, bağ evi, mənzil, kotec, hovuz,ofis, restoran, yaşayış və qeyri-yaşayış obyektlərinin layihələndirmə, dizayn, tikinti və təmirini həyata keçirdir . Şirkət, eyni zamanda memarlıq və inşaat sahəsində baş verən bütün yenilikləri yaxından izləyərək, ortaya çıxan yeni özünə məxsus metod və texnologiyaları, istər layihələndirmə və istərsə inşaat mərhələsində tətbiq edir.