user

4S Importer

Wholesale Import and Export

View the employees at

4S Importer

Overview

«4S» ― özündə 4 əsas istiqaməti birləşdirən («Sales», «Services», «Spare Parts» və «Solutions») dinamik inkişaf edən bir şirkətdir. «4S» şirkəti 2017-ci ildə təsis edilmiş və qısa müddət ərzində kənd təsərrüfatı texnikasının idxalçıları arasında özünəməxsus yer tuta bilmişdir. Biz respublikamızın ərazisındəki böyük və kiçik fermerliklərinin ən yüksək tələblərini cavablandıra biləcək texnika və avadanlıq idxal edirik. Kənd təsərrüfatının inkişaf və modernləşmə dinamikasını, həmçinin keyfiyyətli və produktiv kənd təsərrüfatı texnikasına olan artmış tələbatı nəzərə alaraq şirkətimiz ən iri xarici istehsalçı şirkətlərlə əməkdaşlıq edir. 2017-ci ilin noyabrından «4S» şirkəti Almaniyanın ən iri konsernlərindən biri olan CLAAS tərəfindən özünün Azərbaycandakı servis tərəfdaşı təyin edilmişdir. 2018-ci ilin mayında «4S» şirkəti «Caspian Agro» sərgisində debüt iştirakını etmiş, burada da sərgilədiyi CLAAS şirkətinin məhsulları ilə sahibkarların, fermerlərin, həmçinin sahənin mütəxəssislərinin – texnoloqların, aqronomların və s. böyük diqqətinə səbəb olmuşdur. Hazırda respublika ərazisində bir neçə təmsilçiliyimiz və ehtiyat hissələri anbarı, müasir təmir və servis bazası və mobil mühəndis briqadaları olan servis mərkəzimiz var. Şirkətimiz tərəfindən təchiz edilən məhsulların istehsalçıları sırasında CLAAS (Almaniya) ilə bərabər, bir çox digər dünya miqyasında məşhur brendlər – LEMKEN (Almaniya), AMAZONE (Almaniya), LINDSAY (ABŞ), GRIMME (Almaniya), ID-DAVID (İspaniya), SILOKING (Almaniya), MORO ARATRI (İtaliya), JOSKIN (Danimarka), TMC CANCELA (İspaniya) və digər kənd təsərrüfatı avadanlığı istehsalçıları da yer almışdır.