user

Sağlam Diş Müasir Stomatoloji Mərkəz

Medical Practices
img No Team Available

Overview

Sağlam Diş klinikası 01.08.2009 tarixindən səhiyyənin ən vacib sahələrindən biri olan stomatologiyanın bütün bölmələri ilə xidmətinizdədir. Klinikamızın iş hədəfi həkimlərimizin professionallığı ilə müasir texnologiyanın vəhdətini yaratmaqdır. - Klinikanı təchiz edən ən müasir avadanlıqlar Almaniya və Türkiyənin qabaqcıl şirkətlərinin məhsuludur. - Klinikada Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun olaraq alətlərin və otaqların sterilizasiyası təmin edilir. Xəstələrimizin bizə olan inamı bizim etibarlılığımızın və cavabdehliyimizin ən əsas şahididir. - Klinikamız stomatoloji xidmətləri ilə həftənin 6 günü saat 9:00-dan 19:00-a qədər xidmətinizdədir. - Sağlam Diş klinikasında ortodontiya və implantologiya da daxil olmaqla bütün növ stomatoloji xidmətlər həyata keçirilir. Müalicə ortopontomoqrofik görüntünün alınması ilə geniş həcmli konsultasiyadan və ilkin həkim müayinəsindən başlayır. - Klinikada hər bir pasientə fərdi yanaşılır. İstənilən tibbi preparat pasientin fərdi xüsusiyyətlərinə uyğun olaraq seçilir. - Pasientlərin klinikada qəbulu xüsusi kompyuterdə qeydiyyata alınmaqla həyata keçirilir. Hər bir pasient dişin bərpasına sərf ediləcək müddəti və xidmətin dəyərini bilmiş olur. Müalicənin nəticələrini müşahidə etmək məqsədilə kompyuterin vasitəsilə klinikada tam müalicə kursu qəbul etmiş pasientlərlə mütəmadi əlaqə saxlamaq mümkündür.

  • İlham Hacıyev küç.

    İlham Hacıyev küç., Rəsulzadə, Baku City, Binagady Raion, 1115, Azerbaijan

    Get Direction