user

Qalaalti Hotel & Spa

Hospitality

View the employees at

Qalaalti Hotel & Spa

Overview

Qalaaltı Hotel & Sanatorium - Bakıdan 120 kilometr məsafədə, Şabran rayonunda yerləşən, unikal memari stilitə və istirahət formatına malik olan yeni müalicəvi-bərpa kurort kompleksidir. Kompleks müxtəlif dizayn üslublarında tərtib edilmiş 152 superior, 15 suit otaq və 3 villa üçün nəzərdə tutulmuş, Azərbaycanda müasirlik və rahatlığı ilə digər otel və istirahət mərkəzləri arasında önə çıxır. Otaqlar LED televiziya, mərkəzi kondisioner və ventilyasiya sistemləri, İnternet, peyk TV və telefon ilə təchiz olunmuşdur. Unikal kompleks yaradıcıları bir mükəmməl və rahat istirahət üçün bütün şəraiti təmin etmişdirlər. -Qalaaltı Hotel & Sanatorium-istirahət kompleksində əvəzolunmaz sülh və əminamanlıq atmosferası hökm sürür. Əgər bu sizin arzu etdiyiniz şeydirsə onda bizə müraciət edin və yeni formatda istirahətin bütün faydalarından yararlanın. -Qalaaltı - Azərbaycanın orijinal və son dərəcə cazibədar balneoloji kurortudur. O dəniz səviyyəsindən 1000 m hündürlükdə Böyük Qafqazın mənzərəli dağ ətəklərində yerləşir. Bura kristal şəffaflığında olan havası ilə, xüsusi təbii gözəlliyə malik, Xəzər dənizinin sahilində cazibədar meşəli yamaclarda olan bir yerdir. Burada dağ havası, dəniz hava ilə birləşir və insanların özünü rahat hiss etdiyi aşağı rütubətli iqlim yaradır.