user

SOCAR Karyera

Oil and Gas

View the employees at

SOCAR Karyera

Overview

İşə qəbul sistemi haqqında SOCAR-ın müəssisə və təşkilatlarında yaranan vakansiyalar üzrə işə qəbul bərabər imkanların yaradılması prinsipinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir. Vakansiyalar socar.az saytında elan olunur. Müsabiqə test imtahanı, peşə sınaq imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Ətraflı məlumat: http://socar.az/socar/az/careers/employment_/employment Gənc mütəxəssislərin və tələbələrin ödənişli istehsalat təcrübəsi proqramı Gənclərin ödənişli istehsalat təcrübəsi SOCAR-ın tərkibində olan müəssisə və təşkilatlarda tələb olunan ixtisaslara uyğun olaraq müəyyən edilmiş vaxt ərzində həyata keçirilir. Təcrübə müddətinin sonunda fəaliyyəti ilə bağlı müsbət rəy almış, SOCAR-da işləmək arzusu olan gənclərin kadr tələbatına uyğun olaraq müsahibə yolu ilə işlə təmin olunması nəzərdə tutulur. Ətraflı məlumat: https://careers.socar.az/internshiplist Daxili Təqaüd Proqramı SOCAR istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə Daxili Təqaüd Proqramını həyata keçirir. Daxili Təqaüd Proqramının üstünlükləri:  Müsabiqədən kənar işə qəbul;  Növbədən kənar mənzil təminatı;  İllik 1000 AZN məbləğində təqaüd;  Ödənişli istehsalat təcrübəsi proqramında müsabiqədən kənar iştirak. Ətraflı məlumat: http://socar.az/tehsil Təlim Mərkəzinə Sənəd Qəbulu SOCAR, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili Mərkəzinə (KHTM), Sumqayıt Təlim, Tədris Mərkəzi (STTM) və Qobustan Regional Təlim Mərkəzinə (QRTM) şagird qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə üç mərhələdən ibarətdir: elektron sənəd qəbulu, müsahibə və test imtahanı. Təhsil müddəti: 6 ay və ya 1 ildir. Ətraflı məlumat: http://new.socar.az/khs/upload/sayt%20uchun/ttm/index.html