user

AZSIĞORTA ASC

Insurance

View the employees at

AZSIĞORTA ASC

Overview

“AZSIĞORTA” ASC 2006 ildən Azərbaycan sığorta bazarında uğurla fəaliyyət göstərir. Şirkətin daxili siyasəti bizə sığorta bazarında yüksək mövqe tutmağa və sığortalıların sayını ilbəil artırmağa imkan yaradır, bunu Maliyyə Nazirliyinin tətbiq etdiyi sığorta şirkətləri arasındakı illik reytinqi aydın göstərir. 1 000 000 manat həcmində nizamnamə kapitalı ilə dövlət qeydiyyatından keçən “AZSIĞORTA”ASC 1 il sonra kapitalını 100% artıraraq 2 000 000 manata, 2008-ci ilin nəticələrinə görə isə nizamnamə kapitalı 100% artıraraq 4 milyon manata çatdırmışdır, 2012-ci ildə nizamnamə kapitalı 20 300 000 manat təşkil etmişdir. Bu gün “AZSIĞORTA”ASC-yə rəhbərlik edən İdarə Heyəti, o cümlədən aparıcı işçi heyəti sığorta sektorunda kifayət qədər böyük təcrübəyə malik olan şəxslərdən təşkil olunmuşdur. Bu isə ilk növbədə mövcud və potensial müştərilərin sığorta ehtiyaclarının düzgün müəyyən olunmasına, habelə sığorta bazarının dəyişən tələblərinə operativ cavab verməklə yüksək səviyyəli sığorta xidməti təşkil etməyə imkan verir.