user

Aqroservis Açıq Səhmdar Cəmiyyəti

Government Administration
img No Team Available

Overview

"Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların, damazlıq heyvanların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması, eləcı də mineral gübrə və pestisidlərin satışı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarıı ilə təsdiq edilmiş qaydalara əsasən həyata keçirilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına aqrotexniki xidmətlər göstərilməsi məqsədilə 2005-ci il 22 noyabr tarixində təsdiq edilmiş “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin regional bazalar haqqında əsasnamə”yə uyğun olaraq 9 təchizat bazasının tərkibində “Aqroservis“ şəbəkələri yaradılmışdır. Azərbaycan Respublikası İqdisadi İnkişaf Nazirliyinin 2006-cı il 8 iyul tarixli 331 nömrəli əmri ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının 61 rayonunda təsərrüfat hesablı aqroservis filialları fəaliy­yətə başlamışdır. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə göstərilən aqroservis xidmətlərinin fəaliyyət dairəsinin genişləndirilməsində, Səhmdar Cəmiyyətin Bakı Mərkəzi Təchizat bazasının və regionlarda fəaliyyət göstərən Gəncə, Şirvan, Ucar, Xaçmaz rayonlararası təchizat bazalarının böyük rolu olmuşdur. Hal-hazırda Gəncə, Şirvan, Ucar təchizat bazaları “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Respublikaya gətirilən kombaynların, traktorların, ekskavatorların və digər kənd təsərrüfatı texnikalarının yerləşdirilməsini, komplektləşdirilməsini, satış qabağı hazırlığın aparılmasını və satışını həyata keçirir. 2008-ci ildə Şəki və Sabirabad logistik gübrə bazaları, 2009-cu ildə Şəmkir və Xaçmaz logistik gübrə bazaları, 2010-cu ildə isə Cəlilabad və Bərdə logistik gübrə bazaları yaradılmışdır.