user

ANTEC Academy

IT System Training and Support

View the employees at

ANTEC Academy

Overview

İnformasiya texnologiyalarının və sistemlərinin davamlı olaraq dəyişdiyi, inkişaf etdiyi İT sahəsində, biz də tədris metodikamızı və sillabusumuzu gücləndiririk. IT və proqramlaşdırma sahəsində bütün yenilikləri, trendləri izləyirik. Çünki tələbələrimizin yerli və xarici əmək bazarında önəmli yer tutması, Antec Academy olaraq, komandamızın əsas hədəflərindən biridir. Missiyamız - gənclərin IT sahəsinə daxil olmalarına yardımçı olmaq, mövcud yeniliklərdən xəbərdar etmək, sürətlə dəyişən, inkişaf edən yenilikləri mənimsətmək və bu sahə üzrə tədrisin keyfiyyətini artırmaqdır. Dərslər, ən effektiv və uğurlu metodika ilə aparılır. Keçdiyimiz hər dərs nəzəri , metodiki və praktiki hissədən ibarətdir ki, tələbələrimiz, materialı çox əsaslı və keyfiyyətli mənimsəyə bilsinlər.